Modern.az

ABŞ Moldovaya 50 milyon yardım ayırdı

ABŞ Moldovaya 50 milyon yardım ayırdı

3 Aprel 2022, 21:26

ABŞ Ukraynadan qaçqın axını ilə bağlı Moldovaya kömək etmək üçün 50 milyon dollar ayıracaq.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb.

 

ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild bəyan edib ki, Vaşinqton Konqresin köməyilə Moldova hökumətinə və xalqına yardım üçün əlavə 50 milyon dollar ayırmaq niyyətindədir.

 

Qeyd olunub ki, ayrılan vəsait sərhədçilərin hazırlanması, insan alveri və korrupsiya ilə mübarizəyə yönəldiləcək.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi