Modern.az

Ukrayna ordusu 3 yaşayış məntəqəsini azad etdi

Ukrayna ordusu 3 yaşayış məntəqəsini azad etdi

Dünya

4 Aprel 2022, 07:53

Ukrayna ordusu Çerniqov vilayətinin yaxınlığında yerləşən Kolıçovka, Yaqidne və İvanovka yaşayış məntəqələrini ruslardan azad edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin "Şimal" Əməliyyat Komandanlığı məlumat yayıb.

 

Bildirilib ki, Rusiya ordusundan azad edilən ərazilərdə təmizləmə işləri aparılır və yerli sakinlərə humanitar yardımlar çatdırılır. Hazırda hər üç yaşayış məntəqəsi Ukrayna hərbçilərinin nəzarəti altındadır.

 

Qeyd edək ki, Rusiya ordusu fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal