Modern.az

ABŞ və Britaniyadan Rusiyaya qarşı daha bir ADDIM

ABŞ və Britaniyadan Rusiyaya qarşı daha bir ADDIM

Dünya

4 Aprel 2022, 19:15

Böyük Britaniya Rusiyanın BMT İnsan Haqları Şurasında üzvlüyünün dayandırılması barədə çağırış edib.

 

Modern.az xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Liz Trass "Twitter" hesabında yazıb.

 

ABŞ-ın təşkilatdakı səfiri Linda Tomas-Grinfild də bildirib ki, ölkəsi Rusiyanın BMT-nin İnsan Haqlar Şurasından kənarlaşdırılması ilə bağlı məsələ qaldıracaq.

 

Hər iki ölkə Buçadakı cinayətlərlə əlaqədar bu bəyanatları səsləndirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal