Modern.az

Britaniya XİN: Sanksiyaların ləğvindən söhbət gedə bilməz

Britaniya XİN: Sanksiyaların ləğvindən söhbət gedə bilməz

Dünya

4 Aprel 2022, 21:40

Böyük Britaniyanın xarici işlər naziri Liz Truss Varşavada ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşüb.

Modern.az xəbər verir ki, tərəflər Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi və Ukraynaya dəstəyin artırılmasını müzakirə edib. 

Truss qeyd edib ki, Rusiya qoşunları Ukraynada olduğu və Moskvanın aqressivliyi Avropaya yaxınlaşdığı bir vaxtda sanksiyaların ləğvindən söhbət getməməlidir.

"Biz sadəcə olaraq Putinlə iş görməməliyik”, - deyə XİN başçısı bildirib.

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal