Ukraynada Rusiya ilə danışıqlar aparmaq üçün daimi nümayəndə heyət yaradılıb.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sərəncam imzalayıb.
Nümayəndə heyətinə “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamia rəhbərlik edir
Nümayəndə heyətinin tərkibinə, həmçinin deputatlar - Andrey Kostin, Dmitri Lubines, Rustem Umerov, ədliyyə naziri Denis Malyuska, Mixail Podolyak, Aleksey Reznikob, Nikolay Tositski, Aleksandr Malinovski, Aleksandr Çalı daxildir.