Modern.az

Rusiya qazına rüsum tətbiq edilə bilər

Rusiya qazına rüsum tətbiq edilə bilər

Dünya

5 Aprel 2022, 00:33

Avropa İttifaqına (Aİ) üzv ölkələr Rusiyadan xammal tədarükünü azaltmağa təşviq etmək üçün Rusiya qazı və neftinin idxalına əhəmiyyətli rüsumların tətbiqini müzakirə edir.

 

Modern.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) avropalı diplomatlara istinadən məlumat yayıb.

 

Qəzetin yazdığına görə, Aİ-nin Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək istəyi Ukrayna tərəfinin Kiyev yaxınlığındakı Buça şəhərində dinc əhalinin öldürülməsi ilə bağlı xəbərlərindən sonra güclənib.

 

Mənbələr deyir ki, yeni sanksiyalar üçün nəzərdən keçirilən ideyalar arasında Rusiyanın enerji resurslarının idxalına əhəmiyyətli rüsumların tətbiqi də var. Bu tədbirlər Aİ dövlətlərini Rusiya Federasiyasından gələn xammaldan istifadəni tez bir zamanda azaltmağa sövq etməlidir.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var