Türkiyə Prezidentinin söçüsü İbrahim Kalın Ankarada ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulandla görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb.
Görüş zamanı Suriya, Azərbaycan, Ermənistan və İsrailə dair regional məsələlər, xüsusilə Rusiya-Ukrayna müharibəsi müzakirə edilib. Enerji təhlükəsizliyi, müdafiə sahəsində əməkdaşlıq, ikitərəfli siyasi və iqtisadi əlaqələr dəyərləndirilib.