Modern.az

Yaponiyadan Ukraynaya növbəti dəstək 

Yaponiyadan Ukraynaya növbəti dəstək 

Dünya

5 Aprel 2022, 09:52

Yaponiya hökuməti Ukraynaya əlavə 100 milyon dollar humanitar yardım göstərəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Nazirlikdən bildirilib ki, martın 11-dən bəri Ukraynaya ayrılan humanitar yardımın ümumi məbləği 200 milyon dollara çatdırılacaq.

 

“Yaponiya hökuməti beynəlxalq ictimaiyyət, o cümlədən G7 üzvləri ilə əməkdaşlıq edərək, çətinliklə üzləşən Ukrayna xalqına dəstək verməyə və onların yanında olmağa davam edəcək”, - bəyanatda deyilir.

 

Nazirlikdən verilən məlumata görə, vəsait alan doqquz beynəlxalq təşkilat arasında BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) də var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var