Modern.az

Müharibə Zelenskini belə dəyişdi - FOTOLAR

Müharibə Zelenskini belə dəyişdi - FOTOLAR

Dünya

5 Aprel 2022, 11:00

Fevral 24-də Rusiya Ukraynaya müharibə elan edib. Hücumlar nəticəsində hər iki tərəf xeyli sayda itkilər verib. Qanlı döyüşlərin artıq 40-cı günüdür. Dünyanın əksər ölkələrindən səsləndirilən çağırışlara baxmayaraq, Rusiya qoşunları geri çəkilmək niyyətində deyil. 

 

Müharibə başlayandan xüsusilə Ukrayna Prezidenti Volodimir Zelenskinin davamlı olaraq xalqa müraciətlərinin şahidi oluruq. Canlı yayıma çıxdığı ilk günlərdə daha gümrah və enerjili görünən prezidentin xarici görkəmi bir ayda nəzərəçarpacaq qədər dəyişilib. Zelenski son çıxışlarında həddindən artıq yorğun və qəmgin görünür. 

 

Modern.az Ukrayna Prezidenti Volodimir Zelenskinin müharibədən bu günə qədər necə dəyişdiyini əks etdirən görüntüləri təqdim edir:

 


Rusiyanın Ukraynaya müharibə elan etməsindən iki gün sonra Zelenskinin Kiyevdən paylaşdığı görüntü

 

 

Zelenskinin martın 3-dəki çıxışında artıq saqqalının uzandığı diqqət çəkir

 

 

Onun martın 11-də "Facebook" vasitəsilə xalqa müraciəti zamanı çəkilmiş kadr

 

 

Ukrayna Prezidenti martın 18-də Rusiyanın hücumunun son vəziyyəti barədə açıqlama verir

 

 

Martın 31-də kameralar qarşısına keçən Zelenski son durum barədə ictimaiyyəti məlumatlandırır

 

 

Dünən (4 aprel) Zelenskinin paytaxt Kiyev yaxınlığındakı Buçaya səfərinin görüntüləri dünya mətbuatının gündəminə çevrildi

 

 

Müharibənin 40 gününü geridə qoyan Zelenskinin kifayət qədər yorğun olduğu müşahidə edilir

 

 

Xarici mətbuatda Zelenski haqqında çıxan xəbərlərdə “40 gündə 10 yaş qocaldı” şərhləri verilir.

 

Hazırladı: Fatma Abdulla

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var