Dünya COVID-19 epidemiyası ilə mübarizəni davam etdirdiyi bir zamanda Yaponiyadan həyəcanverici xəbər yayılıb.
Modern.az xəbər verir ki, Yaponiyanın Hokkaydo əyalətinin paytaxtı Sapporoda ölü tapılan tülküdə olduqca yoluxucu quş qripi virusunun aşkar edildiyi açıqlanıb.
ETSN ilk dəfə məməlidə quş qripi aşkarlandığını açıqlayıb. Tülkünün virus daşıyıcısı olduğu təsbit edilən qarğaların cəsədlərini yedikdən sonra yoluxduğu ehtimal olunur. Digər tərəfdən, ölən 7 qarğadan 5-nin virusun H5 ştamına yoluxduğu açıqlanıb.