Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Volodimir Zelenskinin görüşünün mümkünlüyü inkar edilmir, lakin görüş yalnız ölkələrin danışıqlarda iştirak edən nümayəndə heyətləri müvafiq sənədi razılaşdırdıqdan sonra mümkün ola bilər.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.
Rusiya ilə Ukrayna arasındakı danışıqlar prosesinin təhdid altında olması barədə suala gəlincə, Peskov "hələ də bu məlumatı paylaşmamağa üstünlük veririk" deyib.