Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra bəzi ölkələr rus diplomatları "arzuolunmaz şəxs" elan edib.
Modern.az xəbər verir ki, Buçada törədilən qətliamdan sonra prosses sürətlənib. Belə ki, bu gün İspaniya hökuməti Rusiyanın krallıqdakı səfirliyində çalışan 25-ə yaxın diplomatı ölkədən çıxarmaq qərarına gəlib.
“Sizə bildirmək istəyirəm ki, bu gün səhər biz ölkəmizin təhlükəsizlik maraqlarına təhlükə yaradan rusiyalı diplomatları və Rusiyanın İspaniyadakı səfirliyinin əməkdaşlarını ölkədən çıxarmaq qərarına gəldik”, - deyə İspaniya XİN-dən bildirilib.
Eyni zamanda İsveç Xarici İşlər Nazirliyi üç rus diplomatı ölkədən çıxarmaq qərarına gəlib. Bu barədə çərşənbə axşamı keçirilən mətbuat konfransında ölkənin xarici işlər naziri Ann Linde bildirib.
Bundan başqa, Litva hökuməti Rusiya-Litva diplomatik missiyasının statusunu aşağı salmaq qərarına gəlib. Nazirlər Kabineti Rusiya səfirinə Vilnüsdən getməyi əmr edib və Litva səfirini Moskvadan geri çağırıb.
Latviya hakimiyyəti də Rusiya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı qərara alıb. Diplomatik departamentin rəhbəri Edqars Rinkeviç bildirib ki, Riqa daxili prosedurlar başa çatdıqdan sonra konkret tədbirlərini açıqlayacaq.
Rusiyanın Parisdəki səfirliyinin nümayəndələri də bu ölkədən çıxarılır. Belə ki, Rusiyanın Berlindəki səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb və Rusiya diplomatik missiyasının 40 əməkdaşının ölkədən çıxarılması barədə ona məlumat verilib.
Beləliklə, 21 rusiyalı diplomat Belçikanı, 17 nəfər Niderlandı, 4 nəfər İrlandiyanı, 30 nəfər İtaliyanı tərk etməlidir. Bundan əvvəl Avropa İttifaqının bir sıra digər dövlətləri, o cümlədən Litva, Latviya, Estoniya, Bolqarıstan, Polşa, Slovakiya və Çexiya da rusiyalı diplomatları "arzuolunmaş şəxs" elan ediblər.