Rusiyanın Madriddəki səfiri Yuri Korçaqin ölkədən qovulan rusiyalı diplomatların siyahısında deyil.
Modern.az xəbər verir ki, bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares mətbuat konfransında bildirib.
"Xeyr, səfir qovulan diplomatlar siyahısına daxil edilməyib, çünki biz dialoqa şans vermək istəyirik", - Albares bildirib.
Xatırladaq ki, bundan əvvəl İspaniya 25 rus diplomatını ölkədən çıxarmaq barədə qərar qəbul edib.