Aprel ayından etibarən Belarus qaz hesablaşmalarında rubldan istifadə edəcək.
Modern.az xəbər verir ki, bu barədə Belarus hökumətinin mətbuat xidməti məlumat yayıb.
"Aprel ayından etibarən Belarus qaz ödənişlərində Rusiya rubluna keçir. Müvafiq sənədləri bu gün Sankt-Peterburqda energetika naziri Viktor Karankeviç və "Qazprom"un İdarə Heyətinin sədri Aleksey Miller imzalayıblar", - rəsmi açıqlamada deyilir.
Məlumata görə, aprelin 1-dən verilən təbii qazın qiyməti bu günə qədər qüvvədə olan müqavilə ilə müqayisədə daha sərfəli olub.
Qeyd edək ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin təbii qaz satışı ilə əlaqədar ödənişin yalnız rublla həyata keçirilməsinə qərar verib. Moskvanın qərarı Qərb ölkələri tərəfindən etirazla qarşılanıb.