Müharibənin başlamasından indiyədək Ukraynada ən azı 1480 mülki şəxs həlak olub.
Modern.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığı məlumat yayıb.
Təşkilat döyüşlər zamanı 2195 mülki vətəndaşın yaralandığını açıqlayıb. Məlumata görə, hücumlardan sonra 4 milyon 244 min 595 nəfər qonşu ölkələrə keçib.
Ukraynalı qaçqınların sığındığı qonşu ölkələr arasında Polşa (2 milyon 469 min 657), Rumıniya (648 min 410), Moldova (396 min 448), Macarıstan (394 min 728) və Slovakiya (301 min 405) ilk yerləri tutur.
Akif İsmayılov