Modern.az

“400-dən çox PUA-nı məhv etmişik” - Rusiyalı general

“400-dən çox PUA-nı məhv etmişik” - Rusiyalı general

Dünya

5 Aprel 2022, 22:37

“Rusiya ordusu Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bəri 400-dən çox PUA, 2000-ə yaxın tank və digər zirehli texnikaları məhv edib”.

Modern.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmisi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə deyib.

“Ümumilikdə isə indiyədək 125 təyyarə, 93 helikopter, 403 PUA, 1981 tank və digər zirehli döyüş maşını, 854 səhra artilleriya qurğusu və minaatan, 1876 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib” – deyə rusiyalı general bildirib.

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibə elan edib.

Sizə yeni x var
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var