Modern.az

Dünyanın ən varlı 10 adamı - SİYAHI

Dünyanın ən varlı 10 adamı - SİYAHI

Dünya

5 Aprel 2022, 23:17

"Forbes" jurnalı dünyanın 10 ən varlı adamının siyahısını açıqlayıb.

 

Modern.az xəbər verir ki, “Tesla” və “SpaceX” şirkətlərinin təsisçisi İlon Mask ilk dəfə “Forbes”in dünyanın ən varlı adamları reytinqinə başçılıq edir. Onun sərvəti 219 milyard dollar qiymətləndirilir.

 

İkinci yerdə “Amazon”un qurucusu Ceff Bezos (171 milyard dollar) qərarlaşıb. Üçüncü yerdə "Louis Vuitton"un rəhbəri Bernard Arnault ailəsidir.

 

Siyahı aşağıdakı kimi davam edir:

 

4. "Microsoft"un qurucusu Bill Qeyts - 129 milyard dollar

 

5. Uorren Baffet - 118 milyard dollar

 

6. "Google" şirkətinin həmtəsisçisi Larri Peyc - 111 milyard dollar

 

7. "Google" şirkətinin həmtəsisçisi Sergey Brin - 107 milyard dollar

 

8. "Oracle" şirkətinin qurucusu və baş direktoru Larri Ellison - 106 milyard dollar

 

9. "Microsoft"un keçmiş baş direktoru Stiv Balmer - 91.4 milyard dollar

 

10. "Reliance Industries" şirkətinin baş direktoru Mukaş Ambani - 90.7 milyard dollar

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var