Modern.az

Çexiya Ukraynaya hərbi texnikalar göndərdi

Çexiya Ukraynaya hərbi texnikalar göndərdi

Dünya

6 Aprel 2022, 00:21

Çexiya Ukraynaya T-72 tankları və BVP-1 piyada döyüş maşınları göndərib.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Çex Televiziyası tvitterdə beş tank və beş döyüş maşını ilə yüklənmiş qatarın görüntülərini nümayiş etdirib. Kanal zirehli texnikanın NATO müttəfiqləri ilə razılaşdırıldığını bildirib.

 

Ölkənin müdafiə naziri Jana Cernoçova parlamentə deyib ki, Çexiya Ukraynaya bacardığı qədər kömək edir və həm yüngül, həm də ağır hərbi texnika ilə kömək etməyə davam edəcək.

 

Bundan əlavə, qeyd olunub ki, Çexiya fevralın 24-də müharibə başlayandan bəri Ukraynaya təxminən 1 milyard kron (45 milyon dollar) dəyərində hərbi yardım göndərib.

 

Akif İsmayılov

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var