Modern.az

Rusiya Ukraynada xarici yük gəmisini vurdu

Rusiya Ukraynada xarici yük gəmisini vurdu

Dünya

6 Aprel 2022, 00:53

Ukraynanın cənubunda yerləşən Mariupol liman şəhərində Rusiyanın raket zərbələri nəticəsində xarici yük gəmisi batıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Dominika bayraqlı yük gəmisinə çərşənbə axşamı günü raket zərbələri endirilib.

 

Aprelin 3-də ilkin olaraq iki raketlə vurulan Azburq gəmisi yüksüz və Mariupolda yanalma nöqtəsində olub.

 

"Aprelin 4-də gəmi qəsdən Rusiya silahlı qüvvələri tərəfindən şiddətli atəşə məruz qalıb", - deyə məlumatda bildirilir.

 

Dominika reyestrindən verilən məlumata görə, 12 ekipaj üzvündən birinə tibbi yardım lazım olub, qalan ekipaj isə yaxınlıqdakı gəmilərə təxliyə edilib.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var