Modern.az

Ukraynada öldürülən uşaqların sayı ARTIB

Ukraynada öldürülən uşaqların sayı ARTIB

Dünya

6 Aprel 2022, 11:04

Rusiya Federasiyasının Ukraynaya silahlı təcavüzü nəticəsində uşaqlar ölməkdə davam edir. Aprelin 6-da səhər saatlarına olan məlumata görə, 167 uşaq ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Telegram kanalında bildirilib.

 

"Aprelin 6-da səhər saatlarına olan məlumata görə, Ukraynada Rusiya Federasiyasının silahlı təcavüzü nəticəsində 446-dan çox uşaq zərər çəkib. Eyni zamanda, 167 uşaq ölüb, 279-dan çoxu müxtəlif dərəcəli bədən xəsarətləri alıb", - məlumatda deyilir. 

 

Uşaqlar ən çox Kiyev vilayətində öldürülüb – 78 nəfər.
 

Donetskdə - 81, Xarkovda - 64, Çerniqovda - 49, Nikolayevdə - 39, Luqanskda - 31, Zaporojyedə - 22, Xersonda - 29, paytaxtda - 16, Sumıda - 16, Jitomirdə - 15 uşaq müharibə qurbanı olub.
 

Bombardman və top atəşləri nəticəsində 927 təhsil müəssisəsi zərər görüb, onlardan 83-ü tamamilə məhv edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var