Rusiya-Ukrayna müharibəsi dəhşət saçmaqda davam edir. Bu günədək müharibə nəticəsində 167 uşaq həlak olub. Çox sayda uşaq valideynlərinin birini və ya hər ikisini itirib.
Modern.az xəbər verir ki, ukraynalı jurnalist Anastasiya Lapatina "Twitter" hesabında müharibənin ağrı-acısını özündə əks etdirən fotoları ictimailəşdirib.
Jurnalist anasını itirən 6 yaşlı oğlanın fotusunu paylaşıb. Fotolarda Kiyev sakini olan azyaşlının həyətlərində dəfn olunan anasının qəbrinin üstünə yemək qoyduğu görünür. Jurnalist uşağın bu hərəkətini anasının aclıqdan ölməsilə əlaqələndirib. Bu səbəbdən də balaca anasının qəbri üzərinə konserv qutuları, meyvə şirəsi qoyur...