Modern.az

Yunanıstan da rus diplomatları ölkədən qovur

Yunanıstan da rus diplomatları ölkədən qovur

Dünya

6 Aprel 2022, 13:14

Yunanıstan Rusiyanın 12 diplomatını persona non-qrata elan edib və onlardan ölkəni tərk etmələri tələb olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyi rəsmi məlumat yayıb.

 

XİN-dən bildirilib ki, rusiyalı diplomatlar beynəlxalq qaydalara uyğun davranmayıblar. 

 

Ümumilikdə isə bir ay ərzində 300-ə yaxın rusiyalı diplomat ABŞ və Avropa ölkələrindən qovulub.

 

Qeyd edək ki, aprelin 5-də Latviya 13, Estoniya 14, İspaniya 25, İsveç 3, İtaliya 30, Danimarka 15 Rusiya diplomatını ölkədən çıxarmaq barədə qərar qəbul etmişdi.

Sizə yeni x var
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var