Bəzi xarici KİV-lərdə Rusiya prezidenti Vladimir Putinin qızlarına Qərb ölkələri tərəfindən sansksiya tətbiq ediləcəyi barədə xəbərlər yayılıb. Rəsmi Kreml isə hələ ki bu xəbərləri şərh etməyə tələsmir.
Modern.az Ria Novosti-yə istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov medianın “Putinin qızlarına mümkün sanksiyalar” haqqında dərc etdiyi xəbərlərə belə reaksiya verib:
“Hələ açıqlanmayan şeyi necə şərh edə bilərəm”.
Qeyd edək ki, Rusiya və Ukrayna arasında davam edən müharibənin 42-ci günündə ABŞ-ın nüfuzlu “The Wall Street Journal” nəşri bildirib ki, Bayden Administrasiyası bu həftə ərzində Putinin qızları Mariya Vorontsova və Katerina Tixonovaya sanksiya tətbiq etməyi düşünür.
Xarici media Putinin qızı Katerina Tixonovanın iş adamı, Mariya Vorontsovanın isə həkim olduğunu yazır.
Bu qızların Vladimir Putinin uzun illər evli olduğu və 2013-cü ildə boşandığı Lyudmila Şkrebnevadan (Putina) dünyaya gəldiyi bildirilir.