Modern.az

Türkiyənin Ukraynaya hərbi ixracı 30 dəfə artıb

Türkiyənin Ukraynaya hərbi ixracı 30 dəfə artıb

Dünya

6 Aprel 2022, 16:02

Türkiyənin Ukraynaya müdafiə sənayesi ixracı 2022-ci ilin birinci rübündə ötən illə (1,9 milyon dollar) nisbətən 30 dəfə (59,1 milyon dollar) artıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Qeyd olunub ki, Ukrayna cari ilin yanvarın 27-də Türkiyədən 20-dən çox "Bayraktar TB2" PUA-sı alıb, daha 16 pilotsuz uçuş aparatını sifariş verib.

 

Bundan əlavə, Türkiyə istehsalı olan "Bayraktar" PUA-larının Rusiyaya qarşı müharibədə Ukraynaya böyük üstünlük qazandırdığı deyilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var