Modern.az

Polşadan Rusiyaya böyük ZƏRBƏ - Aktivlər donduruldu

Polşadan Rusiyaya böyük ZƏRBƏ - Aktivlər donduruldu

Dünya

6 Aprel 2022, 17:56

Polşada Rusiyanın polad istehsalçısı olan "Severstal" şirkətinin aktivləri dondurulub.

 

Modern.az xəbər verir ki, bu barədə məlumatı Polşa daxili işlər nazirinin müavini Maciej Vasik yayıb.

 

“Biz "Severstal"ın aktivlərini dondurmaqla Rusiyanın ümumi dəyəri 140 milyon zloti (33 milyon dollar) olan əmlakını dondurmuş olduq. Məhz bu baxımdan "Severstal" aktivləri dondurulan ən böyük şirkət oldu”, - deyə  Vasik qeyd edib.

 

Eyni zamanda, nazir müavini bildirib ki, Rusiya oliqarxlarının və iş adamlarının sanksiya siyahısındakı aktivlərinin dondurulması prosesi davam edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var