Finlandiya Rusiyaya dəmir yolu ilə yük daşımalarını dayandırır.
Modern.az xəbər verir ki, bu barədə Finlandiya dəmir yolları operatoru VR Group məlumat yayıb.
“VR Group-un idarə heyəti aprelin 6-da Rusiyaya yükdaşımaları xidmətinin dayandırılması ilə bağlı qərar qəbul edib. Şirkətin daşımalara cavabdeh qolu olan VR Transpoint nəqliyyatın dayandırılması planını hazırlayacaq”,-deyə məlumatda qeyd olunub.