Modern.az

Putinin qızına, Lavrovun xanımına SANKSİYA qoyuldu

Putinin qızına, Lavrovun xanımına SANKSİYA qoyuldu

Dünya

6 Aprel 2022, 18:39

ABŞ Ukraynadakı müharibəyə görə Rusiyaya yeni sanksiyalar tətbiq edib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, Rusiyanın ən böyük dövlət bankı "Sberbank" və “Alfa-Bank”a qarşı tam bloklayıcı sanksiyalar tətbiq olunub.

 

Bundan başqa, sanksiya tətbiq edilən rəsmi şəxslərin siyahısı genişləndirilib. Belə ki, Rusiyanın Baş naziri Mixail Mişustin, keçmiş prezident Dmitri Medvedev sanksiyalar siyahısına əlavə edilib.

 

Rusiya Prezidenti Vladimir Putinin qızı, xarici işlər naziri Sergey Lavrovun həyat yoldaşı və qızı da sanksiyalar siyahısına daxil edilib.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var