Modern.az

İftar vaxtı məscidə hücum edildi - Ölənlər var

İftar vaxtı məscidə hücum edildi - Ölənlər var

Dünya

6 Aprel 2022, 20:55

Nigeriyanın cənub-şərqində yerləşən Taraba ştatının kəndlərindən birində məscidə silahlı hücum olub.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ötən gün iftar vaxtı baş verib.

 

Məscidə daxil olan silahlı şəxslər orada üç nəfəri öldürüb, daha bir neçə nəfəri isə oğurlayıb. Oğurlanan şəxslərdən hər hansı xəbər yoxdur, onların hansı istiqamətə aparıldığı məlum deyil.

 

Yerli qurumlar faktı təsdiqləyiblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var