Modern.az

Ruslar Kiyev və Çerniqovdan tam geri çəkilib

Ruslar Kiyev və Çerniqovdan tam geri çəkilib

Dünya

6 Aprel 2022, 21:03

ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi Ukraynanın paytaxtı Kiyev və Çerniqov şəhəri ətrafında Rusiyanın bütün qüvvələrinin geri çəkildiyini açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə adı açıqlanmayan rəsmi şəxs jurnalistlərlə söhbətində bildirib.

 

“Biz qiymətləndiririk ki, Kiyev və Çerniqov ətrafındakı rus qüvvələri Belarus və Rusiya torpaqlarında yenidən toplanmaq üçün bu iki bölgədən çəkilişlərini tamamladılar”, - deyə o qeyd edib.

 

Hər iki bölgədən çıxarılan qoşunların 20 batalyon olduğunu deyən yüksək vəzifəli məmur hazırda Rusiyanın Ukrayna ərazisində 80-dən çox batalyonunun olduğunu diqqətə çatdırıb.

 

ABŞ rəsmisi geri çəkilən rus əsgərlərin sayı barədə dəqiq məlumat verməsə də, hər batalyonun 800-dən 1000-ə qədər əsgərdən ibarət olduğunu bildirib.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək