Modern.az

ABŞ-dan Türkiyəyə F-16 satışına dair açıqlama

ABŞ-dan Türkiyəyə F-16 satışına dair açıqlama

Dünya

7 Aprel 2022, 00:22

ABŞ administrasiyası hesab edir ki, F-16 qırıcılarının Türkiyəyə satışı milli təhlükəsizlik maraqlarına uyğundur. 

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" Dövlət Departamentinin Konqresə göndərdiyi məktuba istinadən məlumat yayıb.

 

ABŞ-ın Türkiyə ilə gərgin münasibətlərinə baxmayaraq, onun Ukrayna ilə müdafiə əlaqələri regionda zərərli təsirlərə qarşı mühüm maneə kimi qiymətləndirilir.

 

Məktubda F-16 qırıcılarının mümkün satışına dair heç bir zəmanət və müddət göstərilməyib, lakin Vaşinqton hesab edir ki, NATO-nun maraqları və milli təhlükəsizliyi, digər məsələlərlə yanaşı, ABŞ və Türkiyə arasında müdafiə ticarəti əlaqələri də dəstəklənir. 

 

ABŞ administrasiyası, həmçinin hesab edir ki, Ankara Rusiyadan S-400 zenit-raket komplekslərinin alınmasına görə, artıq “əhəmiyyətli qiymət ödəyib”.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək