Modern.az

Makron Rusiyaya qarşı yeni sanksiyaları DƏSTƏKLƏDİ

Makron Rusiyaya qarşı yeni sanksiyaları DƏSTƏKLƏDİ

Dünya

7 Aprel 2022, 00:42

Fransa prezidenti Emmanuel Makron Ukraynada vəziyyətin gərginləşməsi ilə əlaqədar Rusiyaya qarşı tətbiq edilən sanksiyaları dəstəklədiyini bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə o, “Le Figaro” qəzetinə müsahibəsində bildirib.

 

"Biz bunun belə davam etməsinə imkan verməyəcəyik. Mən Rusiyaya qarşı Avropanım yeni sanksiyalarını dəstəkləyirəm”, - Fransa prezidenti deyib.

 

Aprelin 5-də Avropa İttifaqı Rusiyaya qarşı beşinci sanksiyalar paketini təqdim edib. Sanksiyalar Rusiyanın dörd əsas bankı ilə əməliyyatların tamamilə qadağan edilməsini nəzərdə tutur.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək