Modern.az

Rusiyalı diplomat Buçadakı qətliamı etiraf edib - VİDEO

Rusiyalı diplomat Buçadakı qətliamı etiraf edib - VİDEO

Dünya

7 Aprel 2022, 08:44

Rusiyanın BMT-dəki nümayəndəsi Vasili Nebenzya rus qoşunlarının Buçada qətliam törətdiyini etiraf edib. O, çıxışı zamanı dəfələrlə Rusiyanın Ukraynadakı xüsusi əməliyyatını müharibə adlandırıb.

 

Modern.az xəbər verir ki, diplomat Rusiya qoşunları gələnə qədər Buçada meyit olmadığını deyib. Daha sonra o yanlışlığa yol verdiyini ifadə edərək üzr istəyib. 

 

“Buçada baş verənlərə diqqətlə baxsanız meyitlərlə bağlı nə görürsünüz? Küçələrə meyitlər səpələnib. Rusiya qoşunu gələnə qədər onlar orada yox idilər. Bağışlayın, onlar getməmişdən əvvəl”,  – deyə Nebenzya səhvən Rusiya hərbçilərinin cinayətlərini etiraf edib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək