Polşa baş naziri Mateusz Moravieckinin Fransadakı seçkilər barədə açıqlamaları əsassızdır.
Modern.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron TF1 kanalına müsahibəsində bildirib.
Qeyd edək ki, Polşa baş naziri Makronu seçkilərə müdaxilə etməkdə ittiham edib.
Makron Moravieckinin ifrat sağçı partiya tərəfindən dəstəkləndiyini, buna görə də Fransada prezidentliyə ifrat sağçı namizəd Marine Le Pen ilə dəfələrlə görüşdüyünü və onu dəstəklədiyini deyib.
Xatırladaq ki, Polşa baş naziri, həmçinin aprelin 5-də verdiyi açıqlamada Qərbdən Rusiya resurslarına qarşı sanksiyaların və embarqonun sərtləşdirilməsini istəyib. Eyni zamanda o, müraciətində Makrona suallar ünvanlayıb:
"Cənab Makron, Putinlə neçə dəfə görüşmüsünüz, nəyəsə nail olmusunuz? Danışıqların hansısa faydası varmı?”
Buna da cavab verən Makron bildirib ki, Ukraynada sülhün təmin edilməsi üçün Putinlə görüş vacibdir.