Modern.az

Bayden danışıqları əngəlləyir - İTTİHAM

Bayden danışıqları əngəlləyir - İTTİHAM

Dünya

7 Aprel 2022, 11:50

ABŞ prezidenti Co Baydenin anti-Rusiya ritorikası, yersiz, vaxtsız və aqressiv bəyanatları Ukraynadakı vəziyyəti danışıqlar yolu ilə həll etmək imkanlarını əngəlləyir.

 

Modern.az xəbər verir ki, bunu Braziliyanın keçmiş prezidenti və hazırkı senator Fernando Kollor de Mello parlamentin xarici işlər üzrə komissiyasında çıxışı zamanı deyib.

 

Siyasətçinin sözlərinə görə, Ukraynada hazırkı vəziyyət olduqca mürəkkəbdir və çətin ki, həlli yolları yaxın gələcəkdə müəyyənləşsin: 

 

"Mən əminəm ki, Braziliya sülh axtarışında olanların hamısına kömək etməyə və regionda vəziyyətin normallaşdırılması üçün fəal vasitəçi kimi xidmət etməyə həmişə hazır olacaq".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək