Avropa Parlamentində davranış qaydalarını pozan bolqarıstanlı deputat Angel Dzhambazkinin 6 günlük müavinəti kəsiləcək.
Modern.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin Strasburqda keçirilən iclasında parlamentin prezidenti Roberta Metsola bildirib.
Onun sözlərinə görə, nasist salamı verən bolqar deputat bu davranışı ilə reputasiyasını sual altına qoyur.
Xatırladaq ki, Bolqarıstan Milli Hərəkat Partiyasının (VMRO) üzvü olan Dzhambazki fevral ayında Fransanın Strasburq şəhərində Avropa Parlamentinin Baş Assambleyasında çıxış edib. Çıxışdan sonra tribunadan enən parlamentari sol əli ilə pencəyinin ön hissəsini düymələyib və sağ əlini bir neçə saniyə havada saxlayıb. Nasist salamlaşma formasını Avropa Parlamentində tətbiq edən deputat etirazlara tuş gəlib.