Macarıstanın Moskvadan qaz idxalı üçün rublla ödəmə etməyə hazır olduğunu deməsi Avropa İttifaqı birliyinin ümumi fikrinə ziddir.
Modern.az xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko bildirib.
“Macarıstan həqiqətən də müharibənin dayandırılmasına kömək etmək üçün Avropa İttifaqındakı birliyi məhv etməməli, yeni anti-Rusiya sanksiyalarını dəstəkləməli, Ukraynaya hərbi yardım göstərməli və Rusiyanın hərbi maşını üçün əlavə maliyyə mənbələri yaratmamalıdır”,- deyə XİN rəsmisi rəsmi Budapeştə mesaj ünvanlayıb.