ABŞ-ın Ukraynaya silah tədarükü Moskva və Kiyev arasında aparılan danışıqların uğuruna kömək etmir.
Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kremlin sözçüsü Dmitri Peskov bildirib.
O, əlavə edib ki, silah tədarükünün danışıqlara mənfi təsir göstərmə ehtimalı daha yüksəkdir.
Xatırladaq ki, çərşənbə günü ABŞ Senatı Kiyevə hərbi yardım göstərməyi asanlaşdırmaq üçün Ukraynaya borc-icarə proqramı çərçivəsində silah tədarükünü nəzərdə tutan layihəni təsdiqləyib.
Layihə reallaşması üçün Nümayəndələr Palatasının üzvləri tərəfindən təsdiq edilməli və Prezident Co Bayden tərəfindən imzalanmalıdır.