Rusiyanın işğalı başlayandan bəri Ukraynadan Almaniyaya 300 mindən çox qaçqın gəlib.
Modern.az xəbər verir ki, bu barədə Almaniya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, Ukraynadan olan 316 453 qaçqın qeydiyyata alınıb.
Qyed olunub ki, Polşa və Almaniya arasında sərhəd yoxlamalarının olmaması səbəbindən gələn qaçqınların faktiki sayı xeyli çox ola bilər. Almaniyaya gələn qaçqınların əksəriyyəti qadınlar, uşaqlar və qocalardır.