Modern.az

XİN başçıları Rusiya əleyhinə bəyanat verdilər

XİN başçıları Rusiya əleyhinə bəyanat verdilər

Dünya

7 Aprel 2022, 18:25

"Ukraynadakı iyrənc hərəkətləri və vəhşiliklərinə görə Rusiyanın BMT İnsan Haqları Şurasına üzvlüyünü dayandırmağın vaxtı çatıb".

 

Modern.az xəbər verir ki, bu barədə G7 (Böyük yeddilik) ölkələrinin xarici işlər nazirləri birgə bəyanat yayıb.

 

“Mülki əhalinin ölümü, işgəncə qurbanları və açıq-aşkar edamlarla bağlı dəhşətli görüntülər, həmçinin cinsi zorakılıq və mülki infrastrukturun dağıdılması ilə bağlı xəbərlər Rusiyanın Ukraynaya və onun xalqına qarşı amansız təcavüzkar münasibətinin əsl simasını göstərir”, - deyə birgə məlumatda qeyd olunub. 

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək