Kreml Qərbin prezident Vladimir Putinin qızlarına sanksiya tətbiq etməsini axmaqlıq adlandırıb.
Modern.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov ABŞ-ın yeni sanksiyaları ilə bağlı açıqlamasında bildirib.
Peskov deyib ki, Putinin qızlarına sanksiya tətbiq etmək Qərbin geniş axmaqlığının aydın göstəricisidir.
Xatırladaq ki, Buça hadisələrindən sonra ABŞ iki Rusiya bankını və Putinin qızlarını sanksiya siyahısına daxil edib. Habelə Rusiyaya yeni investisiyaların qoyulması qadağan edilib.
ABŞ hakimiyyəti hesab edir ki, Putinin qızları Katerina və Mariya atalarının sərvətini gizlədirlər.