Modern.az

“Döyüşlər İkinci Dünya Müharibəsini xatırladacaq” - Kuleba

“Döyüşlər İkinci Dünya Müharibəsini xatırladacaq” - Kuleba

Dünya

7 Aprel 2022, 18:20

Donbass bölgəsinə nəzarət uğrunda gözlənilən döyüş İkinci Dünya Müharibəsini xatırladacaq.

 

Modern.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba jurnalistlərə açıqlamasında bildirib.

 

XİN başçısı qeyd edib ki, döyüşdə minlərlə tank, təyyarə və zirehli texnikanın iştirak etdiyi böyük əməliyyat manevrləri olacaq. 

 

Kuleba, NATO üzvlərinə Kiyevi silahla təmin etmə çağırışını təkrarlayıb: "Ya indi bizə kömək edəcəksiz, ya da köməyiniz çox gec gələcək və bir çox insan öləcək".

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək