Modern.az

“Xeyli sayda itki vermişik” - Peskovdan ETİRAF

“Xeyli sayda itki vermişik” - Peskovdan ETİRAF

Dünya

7 Aprel 2022, 21:52

Rusiya Ukraynada müharibə zamanı xeyli sayda itki verib.

 

Modern.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “SkyNews” telekanalına müsahibəsində bildirib.

 

“Xeyli qoşun itkisi verdik, bu, bizim üçün böyük faciədir”, - deyə Peskov etiraf edib.

 

Qeyd edək ki, martın 25-də Rusiya Müdafiə Nazirliyi Ukraynadakı müharibədə 1351 hərbçinin öldürüldüyünü açıqlayıb. Ukrayna tərəfi isə Rusiyanın 19 minə yaxın hərbçisinin məhv edildiyini bildirib.

 

“Rusiyanın 698 ədəd tankı, 1891 ədəd zirehli döyüş maşını, 332 ədəd artilleriya sistemi, 108 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 55 hava hücumundan müdafiə sistemi, 150 ədəd hərbi təyyarəsi, 135 ədəd helikopteri, 1358 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 76 ədəd yanacaq çəni, 111 ədəd dronu, 25 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib”, - Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bugünkü məlumatında deyilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək