Pakistanın Ali Məhkəməsi parlamentin buraxılmasını və Baş nazir İmran Xana etimadsızlıq səsverməsinin ləğv edilməsini konstitusiyaya zidd hesab edib.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məhkəmənin qərarına istinadən məlumat yayıb.
Hakimlər parlamentə aprelin 9-da İmran Xana etimadsızlıq səsverməsi üçün iclas çağırmağı tapşırıblar.
Qeyd edək ki, Pakistan müxalifəti İmran Xana qarşı etimadsızlıq səsverməsi təşkil etmişdi. Səsvermədən əvvəl baş nazirin müraciətindən sonra prezident Arif Alvi parlamenti buraxıb.
Akif İsmayılov