ATƏT Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə keçirilən görüşünü alqışlayır.
Modern.az xəbər verir ki, bu barədə Polşa Respublikasının ATƏT yanında daimi nümayəndəliyi tviter hesabında yazıb.
Bildirilib ki, ATƏT tərəflər arasında mümkün sülh razılaşması istiqamətində prosesin başlanması, eləcə də Cənubi Qafqazda sabit və dinc mühitin təmin edilməsi üçün bütün səylərdə kömək etməyə hazırdır.
Qeyd edək ki, 2022-ci il yanvarın 1-dən ATƏT-ə sədrlik Polşaya keçib.