İsrailin paytaxtı Təl-Əviv şəhərində terror aktı törədilib.
Modern.az xəbər verir ki, bu barədə İsrailin "Kanal 13" telekanalı polisə istinadən məlumat yayıb.
"Terrorçu qısa məsafədən atəş açıb, sonra qaçıb. Bir neçə nəfər yaralanıb", - deyə polis qeyd edib.
İsrail mediası hadisə zamanı azı altı nəfərin yaralandığını, üç nəfərin vəziyyətinin ağır olduğunu bildirib.
Qeyd edək ki, son həftələrdə İsraildə bir neçə terror aktı törədilib. Sonuncu terror aktının detalları hələlik açıqlanmayıb.
Akif İsmayılov