Avropanın ən böyük neft şirkəti "Shell" Rusiya bazarından çıxdığına görə 5 milyard dollar itirəcək.
Modern.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Şirkət Rusiyadan artıq neft almamaq öhdəliyi götürüb, lakin Ukraynanın işğalından əvvəl bağlanmış müqavilələrə əməl edəcəyini bildirib.
"Shell" şirkətinin "Qazprom" ilə birgə layihələrdən çıxması göstərilir.
Şirkət müharibə başlayandan az sonra Rusiyadan ucuz xam neft aldığı üçün tənqid olunurdu. Tənqidlərdən sonra şirkət rəhbərliyi üzr istəyib və Rusiyadan neft almağı dayandıracağına dair öhdəlik götürüb.
Akif İsmayılov