Modern.az

Zelenski Kiyevdə Avropa rəsmisilə görüşəcək

Zelenski Kiyevdə Avropa rəsmisilə görüşəcək

Dünya

7 Aprel 2022, 23:40

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ilə görüşəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin sözçüsü Sergey Nikiforov bildirib.

 

O, görüşün hansı gün keçiriləcəyi barədə məlumat verməyib.

 

"Təhlükəsizliklə əlaqədar sizə dəqiq vaxtı deyə bilmərəm. Lakin Ukrayna prezidenti tezliklə Ursula fon der Leyenlə görüşəcək", - deyə Nikiforov qeyd edib.

 

Bundan əvvəl Von der Leyen və Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrellin bu həftə Kiyevdə Zelenski ilə görüşəcəyi barədə məlumat yayılıb.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək