Modern.az

ABŞ-da ukraynalı hərbçilərə PUA təlimləri keçirilir

ABŞ-da ukraynalı hərbçilərə PUA təlimləri keçirilir

Dünya

8 Aprel 2022, 00:18

Amerikalı hərbçilər Ukrayna ordusunun bir qrup hərbi qulluqçusuna "Switchblade" adlı kamikadze tipli pilotsuz uçuş aparatlarından (PUA) istifadə üzrə təlim keçib.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın yüksək rütbəli hərbi rəsmisi bildirib.

 

Bir nəfərin asanlıqla daşıya biləcəyi "Switchblade" adlı sistem tankları və digər zirehli texnikaları məhv etmək üçün nəzərdə tutulub.

 

"Switchblade" bundan əvvəl Ukrayna Ordusu tərəfindən istifadə edilməyib, lakin Ağ Ev martın 6-da 100 ədəd göndərəcəyini açıqlamışdı.

 

Müdafiə rəsmisi vurğulayıb ki, təlim keçmiş ukraynalı personal hərbi təlim proqramı çərçivəsində artıq ABŞ-dadır və yaxın vaxtlarda ölkələrinə qayıtmazdan əvvəl digər silah sistemləri üzrə təlim keçəcəklər.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək