Latviya parlamenti 9 may tarixini Ukraynada həlak olanlar şəxslərin anım günü elan edən qanun layihəsi qəbul edib.
Modern.az xəbər verir ki, layihəni Seymin 100 deputatından 61-i dəstəkləyib.
Qanun mayın 9-da qələbə gününün qeyd olunmasını qadağan edir. Həmin gün dövlət və yerli özünüidarəetmə qurumları tərəfindən əyləncə və bayram tədbirləri keçirilməyəcək. Həmçinin kütləvi tədbirlərin təşkilinə də icazə verilməyəcək.