Modern.az

Britaniya səfirliyinin işçisi Rusiyaya casusluq edib

Britaniya səfirliyinin işçisi Rusiyaya casusluq edib

Dünya

8 Aprel 2022, 00:57

Böyük Britaniyanın Berlindəki səfirliyinin mühafizəçisi Rusiyaya casusluq etməkdə ittiham olunub.

 

Modern.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

 

57 yaşlı David Ballantin Smitin məhkəmə qarşısına çıxacağı gözlənilir.

 

Mühafizəçi 2020-ci ilin oktyabrından 2021-ci ilin avqustuna qədər törətdiyi iddia edilən cinayətlərlə əlaqədar avqustun 10-da Almaniya polisi tərəfindən həbs edilib.

 

London polisi Ballantnin faydalı məlumatların toplanması və Rusiya dövlətinə ötürülməsi ilə bağlı 9 fərqli işdə ittiham olunduğunu açıqlayıb.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək